YUĞ Teatrının kollektivi Vaqif İbrahimoğlunu yad edib
Tarix: 13-05-2019, 11:45



Azərbaycanın görkəmli teatr rejissoru, YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun anım günü münasibətilə məzarı ziyarət edilib.
Open.az xəbər verir ki, YUĞ Teatrının kollektivi ustad rejissorun ruhunu yad ediblər.
Mayın 12-də Vaqif İbrahimoğlunun vəfatının 8-ci ili tamam olub.
Yaşasaydı, bu il 70 illik yubileyini qeyd edəcəkdi...
Oktyabrın 18-də 70 yaşı tamam olacaq görkəmli rejissor 2011-ci ildə ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Vaqif İbrahimoğluna novator rejissor deyirlər. Həqiqətən də, ustad sənətkar teatr aləmindəki bir çox İLKlərə imza atıb.
Vaqif İbrahimoğlunun ən böyük əsəri YUĞ Teatrıdır.
Ruhu şad olsun!

Paylaş: