İllərin dostu Brilliant Dadaşova və Zamiq Hüseynov küsülüdür?
Tarix: 13-05-2019, 11:43



Müğənni Zamiq Hüseynov xalq artisti Brilliant Dadaşova ilə küsülü olmasına münasibət bildirib.
AzNews.az xəbər verir ki, Zamiq Hüseynov “ATV maqazin onlarla” verilişində xalq artistinin onun konsertinə gəlməməsinin səbəbini belə açıqlayıb:
“Brilliant xanım Bakıda yox idi. Türkiyədən konsertin səhəri günü gəldi. Deyirlər ki, Brilliant xanım yalandan deyir ki, Türkiyədəyəm. Bəzən istəmədiyi yerlər olur, kiminsə qəlbini qırmamaq üçün Bakıda olmadığını deyir. Bunu Brilliant xanım sözün yaxşı mənasında mənə heç vaxt deməz. Sənətimi sevən xanımdır. Onu nə qədər çox istədiyimi bilir. Heç ağlıma gələ bilməz ki, Brilliant xanım "şəkilinizi çəkin, görüm haradasınız?" deyə bilər.
Konsertin səhərisi gün Zülfiyyə Xanbabayeva zəng etdi və dedi ki, konsertin çox maraqlı keçdi və "halal olsun" dedi. Sənət adamlarının deməsi başqadır”.

Paylaş: