Alina Kabayeva əkiz uşaq doğdu
Tarix: 13-05-2019, 09:51



Rusiyanın tanınmış idmançısı Alina Kabayeva Moskvada əkiz uşaq doğub.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Starhit yayıb.
Hələlik idmançının nümayəndələri bu məlumatı şərh etməkdən boyun qaçırıblar.
Moskvada Kulakov adına Mamalıq və Ginekologiya mərkəzində Kabayeva üçün dördüncü mərtəbədə VİP-palata ayrılıb.
Digər doğulanlar başqa şöbələrə köçürülüb.
Palatanı çoxsaylı mühafizəçilərin qoruduğu deyilir. Onlar kənar şəxsləri yaxınlığa buraxmırlar.
Son zamanlar Kabayeva nadir hallarda elit tədbirlərdə olub və jurnalistlərlə ünsiyyət qurmamağa çalışıb. Onun həyatı haqqında informasiya geniş yayılmır.

Paylaş: