Sami Yusuf Ramazan haqda yeni ilahi-kompozisiya təqdim etdi
Tarix: 11-05-2019, 09:44



Dünya şöhrətli  Azərbaycan əsilli  ilahilər ifaçısı  Sami Yusuf Müqəddəs Ramazan ayının başlanmasına həsr olunmuş yeni kompozisiya təqdim edib. 

Moderator.az xəbər verir ki, müğənni  yeni mahnısı haqqında və orucluq ayı boyu həyatının necə dəyişməsi barədə “The National”  nəşrinə verdiyi müsahibədə danışıb. 





"Ümumiyyətlə, Ramazan mənim həyatımda sakit və dinc keçir. Ramazanda nadir hallarda çıxış edirəm. Bu ayda mən həyatımın gedişini yavaşlatmağa və bütünlüklə özümü ibadətə həsr etməyə çalışıram ", - deyə Sami Yusif bildirib. 

İfaçının fikrincə, onun yeni - "Mənim adımı çağır"  mahnısı dinləyicilərin vərdiş etdiyi Ramazan haqqında oxunan tipik bir ilahi deyil. Burada müqəddəs ayı necə keçirmək haqda bəhs edilmir, amma İslamın metafizik cəhətləri ortaya qoyulur. 

Sami Yusuf kompozisiyanı yaradarkən dünya şöhrətli İslam mütəfəkkiri İbn əl-Ərəbinin "Tək  və yeganə" əsərindən ilham alıb. İlahidə ortaya çıxan mövzulardan biri  çoxlarının unutduğu Yaradanımızı xatırlamaq, Allahı zikr etməyin vacibliyidir. "Ramazan ayı Allahı xatırlamaq üçün ən yaxşı vaxtdır",- deyən ifaçı sözünə yekun vurub.



Paylaş: