Azərbaycanda smartfonla film çəkildi
Tarix: 10-05-2019, 16:40





Mayın 10-da “Sinema Plus” kinoteatrında qazaxıstanlı rejissor Timur Bekmanbetovun smartfonla çəkdiyi qısametrajlı filmin ilk seriyasının təqdimatı keçirilib.
 
“Gələcəyimiz tariximizdir” adlı filmin növbəti seriyaları “Facbook”, “Instagram” və “Youtube” platformalarında yerləşdiriləcək. Növbəti seriya mayın 28-də nümayiş olunacaq.
 
Bildirilib ki, layihə Azərbaycan, rus və ingilis dilində təqdim edilir. Film qısa olduğundan bütün fikirləri çatdırmaq çox çətin olub. Bu film Azərbaycan tarixinə 13 dəqiqəlik bir səyahətdir və Atropatenadan, Qafqaz Albaniyasından tutmuş Azərbaycanın müasir dövrünə qədər keçdiyi bir yolu əks etdirir.
 
Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. /azertag.az/

Paylaş: