Demet Akalının geyimi sosial medianı ayağa qaldırdı
Tarix: 10-05-2019, 10:30



Məşhur türk müğənnisi Demet Akalın İtaliya markası “Gucci” imzalı idman geyimi ilə dünən sosial medianı ayağa qaldırıb.
Popçunu bir çoxu zövqsüz adlandırıb, bəziləri isə tərzini bəyənib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Demet Akalın lüks idman paltarı üçün “Yediyiniz, içdiyiniz, geyindiyiniz , hamısı İnstagramda. Ayıbdır” deyə yazan bir izləyicisinə bu cavabı verib:
“Eyni fikirdəyəm. Amma iki illik idman paltarını geyinib çıxdım. Sadəcə bu qədər. Həm də marjinal və dəb-dəbəli həyatları yaşayan biri deyilik”.



image description




Paylaş: