Yaratdığı hər bir rol onu bu gün əbədiyaşar edib
Tarix: 10-05-2019, 10:06



Azərbaycan incəsənəti bizə bir çox tanınmışlar bəxş edib ki,biz indidə onların gördüyü işləri sevərək, böyük rəğbətlə izləyirik. Məncə bir sənətçi üçün ən xoş an onun işlərini özündən sonrada danışılması,sevilməsidir.

UlduzumSan.Az bildirir ki, Fuad Əhmədovda bu aktyorlardan biri idi. Təəssüf ki, o artıq aramızda deyil lakin, yaratdığı hər bir rol onu bu gün əbədi yaşar edir.O, 1988-ci ildə və 1996-ci ilərdə H.Bağırovun yaratdığı Bakı Bələdiyyə “Tənqid-Təbliq” teatrında aktyor kimi fəaliyyət gostərib. 1996 ci ildən yenidən Musiqili Komediya Teatınna qayıtmış və ömrünün sonuna kimi solist-vokalist aktyor eyni zamanda Rus Bölməsi üzrə Aktyor Truppasının müdiri kimi fəaliyyət göstərib. Fuad Əhmədovun bu günədək maraqla izlənilən bir çox rolları və tamaşaları var. Onlardan bir neçəsi "Qaynana"-da İlqar, "Hələlik"-də Hörmətzadə, "İmtahanda"da Məktəb direktoru , "Bankir Adaxlı"-da Zaur, "O olmasın Bu olsun"da Rüstəm bəy ,"Nəğməli könül"də Aslan və bir çox tamaşalarda müxtəlif obrazlar yaratmışdır. Eyni zamanda "Yük","Qəzəlxan","Şirbalanın Sonuncu Məhəbbəti ".
O,10 may 2004-cü ildə vəfat edib.


Paylaş: