Hadisənin bacısı sakitliyini pozdu - "İş birliyimiz..."
Tarix: 8-05-2019, 15:57




Türkiyəli məşhur müğənni Hadisənin bir müddət öncə bacıları ilə münasibətləri pozulmuşdu.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, analarının intihara cəhd etməyindən sonra araları pozulan bacılar birlikdə işləməkdən imtina etmişdilər.
Olaylardan 10 ay sonra Hadisənin böyük bacısı Hülya Açıkgöz ilk dəfə jurnalistlərin suallarına cavab verib. O “Mən başqa sənətçi ilə birlikdə çalışıram. Hadisə ilə iş birliyimiz bitib. Küsülü deyilik, biz bacıyıq. İş birliyimiz bitsə də, bacı olmağımız davam edir, edəcək də” deyib.
“Yaşananlarla bağlı Hadisədən incikliyiniz varmı?” sualına isə Hülya “İncikliyim yoxdur. Biz iş anlamında ayrılmaq istədik və ayrıldıq. Asan deyil əslində, 10 il birlikdə çalışmışıq. Bütün şəxsi və iş problemlərimizi birlikdə həll etmişik. Bir az ara verib öz işimi qurmaq da vacib idi. Dərya da, mən də öz yolumuzu cızdıq. Hadisə adlı bacımız var, o, Türkiyənin ulduzudur, sahib durmalıyıq. Onun imicini zədələyəcək heç nə etmək istəmərəm” cavabını verib.
Qeyd edək ki, Hadisənin Dərya və Hülya adlı iki bacısı var. Bir müddət əvvələ qədər Hadisənin menecerliyini bacısı Hülya, stilistliyini Dərya edirdi.

Paylaş: