Doğuşun menecerindən azərbaycanlı iş adamlarına TƏRS SİLLƏ
Tarix: 8-05-2019, 12:42

MüÄÉnni DoÄuÅun menecerindÉn azÉrbaycanlı iÅ adamlarına TÆRS SÄ°LLÆ

Türkiyəli tanınmış müğənni Doğuşun meneceri İrfan bəy Azərbaycandan ona müraciət etmiş Xatirə adlı qadının evini sökdürərək təzədən tikdirib.
"Ölkə.Az"ın məlumatına görə, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində qonaq olan İrfan bəybildirib ki, qadın ona sosial şəbəkə vasitəsilə müraciət edib:
"Sosial şəbəkədə bir qadın mənə yazdı ki, Xoşqədəm xanımla, yaxud Doğuş bəylə əlaqə yaratmaq istəyirəm. Məlum oldu ki, çox çətin şəraitdə yaşayır. Mən də həmin ərəfədə İtaliyaya tətilə gedəcəkdim. Evin fotolarını istədim, sonra bu verilişini əməkdaşları araşdırdılar və aydın oldu ki, qadının mənzili doğrudan da qəzalı vəziyyətdədir. İtaliya tətilimi təxirə saldım və həmin vəsaitlə bu evi tikdik. Bu evdə xoş günlər keçirməyinizi arzu edirəm".
Qadın isə bildirib ki, indiyədək heç vaxt normal mənzildə yaşamayıb:
"Mənim heç vaxt mətbəxim olmayıb. hələ də inana bilmirəm".
Xoşqədəm Hidayətqızı isə İrfan bəyin elə də yüksək maddi imkanlara sahib olmadığını bildirib. Hər halda türk menecerin bu addımını Azərbaycanın bəzi iş adamlarına tərs sillə kimi də qiymətləndirmək olar. 

Paylaş: