Eyyub Yaqubovun "Külli-zaman içrə saat yarım"ı
Tarix: 7-05-2019, 15:21



Azərbaycanın Xalq artisti Eyyub Yaqubov yeni konsert proqramına hazırlaşır.
Open.az-a xəbər verir ki, dahi İmadəddin Nəsimin 650 illik yubileyi şərəfinə hazırlanan növbəti konsert proqramını Eyyub Yaqubov və dostları birlikdə tərtib ediblər.
Mayın 13-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulan ədəbi-bədii kompozisiya "Külli-zaman içrə saat yarım" adlanacaq.
Kompozisiyada Eyyub Yaqubovu "Hicaz" musiqi qrupu müşayiət edəcək.
Xalq artisti ədəbi-bədii gecədə dahi İmadəddin Nəsimi ilə yanaşı, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin, Mikayıl Müşfiqin və başqa klassik və müasir şairlərin qəzəlləri və şeirlərini səsləndirəcək.
Tədbirin təşkilatçılarının sözlərinə görə, klassik irsimizə həsr olunan bu kimi ədəbi-bədii gecələrin təşkil olunması yetişməkdə olan gənc nəsil üçün təbliğat xarakteri daşıyır.
Qeyd edək ki, ədəbi-bədii kompozisiya kimi tərtib edilən konsertə bilet satışı olmayacaq. Eyyub Yaqubov və dostları "Külli-zaman içrə saat yarım"a qonaqlarını şəxsən dəvət edəcəklər.

Paylaş: