Burak və Fahriyenin oğluna milyon dollarlıq təklif
Tarix: 7-05-2019, 12:04



Ərəb dünyasında böyük bir heyran kütləsinə sahib olan Burak Özçivit və Fahriye Evcen cütlüyünün şöhrəti oğulları Karana keçib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, Dubayda bir şirkətin cütlüyün oğlunun adın açılmış "İnstagram" hesabı üçün 300 min dollar təklif etdiyi iddia olunub
Qeyd edək ki, məşhur aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen oğulları dünyaya gəlməmişdən öncə onun adına "İnstagram" hesabı açmışdı. Balaca Karanın sosial media hesabı qısa müddətdə yüz minlərlə izləyiciyə çatıb.

Aktrisanın idarə edəcəyi profildə hələ bir paylaşım edilməməsinə baxmayaraq, Yaxın Şərq başda olmaqla dünyanın bir çox yerindən səhifəni izləməyə başlayıb.

Paylaş: