Çox üzgünəm, dayanmadan ağlayıram - Serdar Ortaç
Tarix: 7-05-2019, 11:02



Məşhur türk müğənnisi Serdar Ortaç dünən axşam Kuzey Kıbrıs Türk Cümhuriyyətində səhnəyə çıxdı. Pop ulduzu konsertdən öncə duyğusal açıqlamalar verib.
AzNews.az xarici KİV-ə istinadən həmin aşıqlamanı təqdim edir:
"Qardaşım Serkan infeksiya səbəbi ilə 4 ay öncə xəstəxanaya aparılıb. Günlərlə reanimasiyadan çıxmayıb. Az qalsın itirəcəkdik. Heç kimə bildirmədim, amma həyatımda uzun müddətdir ki, heç bu qədər ağlamamışdım. Ən son 1998-ci ildə xəstəlik səbəbi ilə sol gözüm bağlandığında, 2012-ci ildə isə atam Mehmet Ortaçı itirdiyimizdə bu qədər çox ağlamışdım.
"Serkan hazırda müalicə alır. Baxışları düzəldi, bizi anlayır. Amma hələ gözləyirik. İki övladı var. Allah onlara bağışladı. Anam və mən pərişanıq. Serkan üçün bütün tanışlarımı səfərbər etmişəm. Amma inanırsınız, hələ də çox üzgünəm. Dayanmadan ağlayıram.
"Qardaşımın sağlığı yerində olanda işlərimin ağırlığı səbəbi ilə ona vaxt ayıra bilmirdim. İndi o qədər peşmanam ki... “Niyə daha çox yanında deyildim?” deyə özümü günahlandırıram. Hər kəs ailəsinə, sevdiklərinə zaman ayırsın. Sonra o böyük peşmanlıq heç keçmir. İnsanın üstünə çökür"

Paylaş: