“Qətiyyən yaş gizlətməyin əleyhinə deyiləm, mənim üçün əsas qadının gözünün parıltısıdır...”
Tarix: 7-05-2019, 09:09



“Bəzən efirdən elə tanıdıqlarımız var ki, illərdir qırx yaşı olduğunu deyir”

Bunu Moderator.az -a açıqlamasında aparıcı Rövşanə Ağasəfqızı doğum günü haqda danışarkən deyib. Qeyd edək ki, Rövşanə Ağasəfqızı 1979-cu il mayın 6-da anadan olub:  

“Təbrikiniz üçün çox sağ olun. Bu adı üçün mənə çox çətin bir yaşdır. Amma həmişə efirlərdən də deyirəm ki, mən yaşımı gizlədən xanımlardan deyiləm. Bəzən efirdən elə tanıdıqlarımız var ki, illərdir qırx yaşı olduğunu deyir. Mənim isə bu gün qırx yaşım tamam olur və bir yaşda qalan simalardan deyiləm. Qətiyyən yaş gizlətməyin əleyhinə deyiləm və mənim üçün əsas qadının gözünün parıltısıdır. Qadının gözü parıldayırsa, demək ki, o, hələ gəncdir. Özümü iyirmi yaşımda hiss edirəm və gözümün də parıltısı var, ruhum da işıqlıdır, həyatı da sevirəm”.

Aparıcı bildirib ki, dostlarının məsləhətindən sonra bu qırx yaşını qeyd etməyəcək:

“Amma bu gün doğum günümü qeyd etmirəm. Çox inanclı adam deyiləm, sadəcə dostlarım dedilər ki, qırx yaşı qeyd etməzlər. İstər-istəməz beyinimə yeritdilər ki, bunu etməyim, çünki düşər-düşməzi olar. Onların təkidindən sonra düşündüm ki, doğum günümü keçirməyim. Bu mənim üçün bir müdrik yaşdır və özümün-özümə hesabat verdiyim bir dönəmdir”. 

Paylaş: