Xoşqədəm ağladı: "Oğlumun ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyini eşidəndə..."
Tarix: 6-05-2019, 17:47

XoÅqÉdÉm aÄladı: "OÄlumun aÄır vÉziyyÉtdÉ reanimasiyaya yerlÉÅdirildiyini eÅidÉndÉ..."

Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində duyğulu anlar yaşanıb. 

BiG.AZ xəbər verir ki, aparıcı 1 ay ömrü qalan Nurlan üçün kömək istəyən zaman göz yaşlarına boğulub.

O qeyd edib ki, fevral ayında Türkiyədə çəkiliş zamanı oğlu Arda reanimasiyaya yerləşdirilib:

"Əkizlərim xəstə idi. Xəstəxanada qoyub getmişdim. Bir ananın övladı xəstə olanda hansı hissləri keçirir, onda anladım. Ardanın ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyini eşidəndə ayaqlarımın altından torpaq və yerlər getdi. Bir anlıq elə bildim ki, dünyam boşalıb. Mənim üçün çox ağırdır. Çünki mən anayam. Mən özümə söz vermişəm ki, ağlamayacağam. Amma analar balaları üçün məndən kömək istəyəndə dayana bilmirəm. Bəzən kömək etməyə imkanım olmadığına görə reklam aralarında qaçıram. Çünki onlara məcbur yol deyəcəyəm. Mənim əlimdə çox böyük imkanlar yoxdur. Mən analara müraciət edirəm. Bu anaya hər gün övladının bir ay ömrü qaldığını deyirlər. Gün keçdikcə bu ana ölür. Nurlanı tək qoymayın". 

Paylaş: