Küsülü olan Zamiqlə Tolik barışdı
Tarix: 6-05-2019, 15:46



Küsülü olan müğənni Zamiq Hüseynovla prodüser-aparıcı Tarix Əliyev (Tolik) tədbirlərin birində bir araya gəliblər. UlduzumSan.Az-ın məlumatına görə, onlar tədbir zamanı barışıblar.
Tolik Zamiqlə sözügedən tədbirdən videosunu lentə aldıraraq, "İnstagram" səhifəsinddə paylaşıb. Görüntülərdə prodüserin ifaçı ilə səmimi hərəkətləri diqqətdən qaçmayıb.
Qeyd edək ki, Tolik Zamiqin ünvanına bu sözləri demişdi: "Zamiqin 1 ay içində "Özü bilər" mahnısının 1 milyon baxış yığmağını şişirtdilər. 30 gün içində 1 milyon baxış göstərici deyil. Mənim üçün Zamiqin sonuncu sevilən mahnısı "Kaman" olmuşdu. Ondan başqa mahnısı tutmadı. Zamiqi efirə dəvət etmirəm. Çünki efirə tək gəlmək istəyir. Heç Xalq artistləri var ki, efirə tək çağırmıram. 2 saatımı Zamiqə həsr edə bilmərəm. Kiminsə sifarişi ilə veriliş hazırlamaq fikrim yoxdur".

Paylaş: