Tünzalə Samirə üçün sponsorlara çağırış etdi
Tarix: 6-05-2019, 15:17



Uzun müddətdir ki, şou-biznesdən uzaqlaşan, sənət fəaliyyətinə fasilə verən Samira Allahverdi “ATV maqazin onlarla” tərəfindən görüntülənib. 
“Qafqazinfo” xəbər verir ki, tədbirlərin birinə qatılan sənətçi açıqlamasında hər kəsdən incidiyini qeyd edib: “Bu sənətə başqa ab-hava ilə gəldim. Şöhrət, pul qazanmaq üçün yox, sadəcə oxumaq üçün! İncimişəm, sakitcə kənara çəkilmişəm. Mən unudulmaqdan qorxmuram. Nə qədər şöhrəti çox olan insan istər-istəməz bir gün unudulur”. 
Əməkdar artist Tünzalə Ağayeva isə depressiyada olan sənətçiyə dəstək olub. Müğənni-bəstəkar həmkarına görə sponsorlara müraciət edib:
“İstəmərəm ki, Samirə kimi keyfiyyətli müğənni fəalliyyətini dayandırsın. Oxuduğu mahnılar yaşayır. Samirə üçün dua edirəm ki, güclü olsun, kimsə toxunmasın. Üzümü imkanlı şəxslərə tutub deyirəm ki, keyfiyyətli sənətçilərə dəstək olsunlar”. 

Paylaş: