Röya yeni klipində gitarist oldu
Tarix: 6-05-2019, 15:09



Əməkdar artist və estrada ulduzu Röya Ayxan Türkiyədə çəkdirdiyi “Unutmaq lazım” klipini təqdim edib.
UlduzumSan.Az xəbər verir ki, sözləri və musiqisi İlqar Sadıqova,  aranjemanı Tural Əliyevə məxsus olan bəstənin ekran həllinin rejissoru Müjdat Küpşidir. Klipdə  Röya gitarist obrazını yaradıb.Ekran işində müğənninin stili üzərində isə Bener Hamamcı çalışıb.  Əməkdar artistin saç və makiyajı üzərində məşhur stilist Elnur Həsənov çalışıb.
Qeyd edək ki, layihənin rəhbəri “KEvents Group”dur. 

  

Paylaş: