Kaş yenə “Eurovision”a qatılsaydıq - Hadisə
Tarix: 6-05-2019, 10:30



Həftə sonu "Kıbrıs Girne Merit Park Otel"də səhnəyə çıxan Türkiyənin məşhur müğənnisi Hadisə bir neçə açıqlama verib.
AzNews.az Türkiyə KİV-nə istinadən həmin açıqlamaları təqdim edir:
“Eurovision" mahnı yarışmasına 10 il öncə qatılmışdım. Nə gözəl və saf zamanlar idi. Ya da mən çox kiçikdim, mənə elə gəlirdi. Kaş ki, yenə “Eurovision”a getsəydik”
“Məni izləyən gənclərimizə örnək olmağa çalışıram. Ölkəmizin gələcəyi üçün önəmli məsələləri qorxmadan və həddimi aşmadan dilə gətirməyə üstünlük verirəm.”
“Sənətçinin tək işi mahnı söyləyib klip çəkmək deyil. Heç qəbul etmədiyim şey isə qadına şiddətdir”.
Qeyd edək ki, Türkiyə 63 illik “Eurovision” mahnı yarışmasına 2013-cü ildən bu yana qatılmır. 2003-cü ildə Sertab Erenerin “Every Way That I Can” mahnısı ilə birinci olmuşdu.



image description




Paylaş: