"Brilliant Dadaşova zövqsüzdür" - QALMAQALLI AÇIQLAMA
Tarix: 6-05-2019, 09:40



“Mənim fikrimcə Brilliant Dadaşova Azərbaycanın zövqlü xanımları sırasında deyil”. Lent.az-ın məlumatına görə, bu sözləri stilist Anar Ağakişiyev “ATV maqazin onlarla” verilişində  deyib. O, bildirib ki, xalq artisti B.Dadaşova zövqlü deyil: “Sənətkardır, sənəti çox gözəldi. Toy məclisində heç qonaqlardan fərqlənməyən insandır. Hətta toyda ondan da super geyinən insanlar var. Yerlərini dəyişmək lazımdır”.
 
Qeyd edək ki, Anar şou-biznesin ən dəbli müğənnisi xalq artisti Aygün Kazımovanı hesab edir. A.Kazımova ilə də B.Dadaşova illərdir ki, küsülüdür.

Paylaş: