"Həyat yoldaşımla universitet illərində tanış olmuşuq" - Aktrisa Ülviyyə ailəsindən danışdı
Tarix: 3-05-2019, 12:23



ARB TV-nin “Boş anlar” proqramının budəfəki qonağı aktrisa Ülviyyə Rza olub.

ARB TV-də yayımlanan “Uçurum” serialının Sevdası bildirib ki, həyat yoldaşının aktyor olması onun üçün böyük bir üstünlükdür:

“Həyat yoldaşım da aktyordur. Bir teatrda çalışırıq. Universitet illərində tanış olmuşuq. 14 ildir ki, ailəliyik. Münasibətdə qadının üzərinə yük düşür amma yoldaşı da onu başa düşməlidir. Yoldaşım məni çox yaxşı başa düşür. Bu mövzuda şanşlıyam. Mənə hər bir şeydə dəstək olur. Ev işlərini sevirəm amma elə olur ki, vaxt olmur. Ev işini görürsən və yorulub çəkilişə gedirsən. İnsan istəmir elə olsun. Aramızda anlaşılmazlıqlar da olur. Hər ailədə olur. Biz ailə qurmamışdan əvvəl daha çox mübahisəmiz olurdu. Elə insanlar tanıyıram ki, həsəd aparırdım ki, bizdə niyə elə deyil? Sonradan görürsən ki, göründüyü kimi deyil. 2 oğlum var”.

Qeyd edək ki, Ülviyyə Rzanın həyat yoldaşı gənc aktyor Toğrul Rzadır.



Paylaş: