Xalq artistinin oğlu aktyorluq edəcək - "Söz verirəm ki..."
Tarix: 3-05-2019, 11:07



Xalq artisti Ramiz Novruzun müğənni oğlu Cavidan Novruz indi də aktyorluq edəcək.
AzNews.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. Cavidan Novruz qeyd edib ki, artıq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayıb.
“Teatrımızın rəhbəri Azərpaşa Nemətova təşəkkür edirəm. Ona görə ki, gəncləri belə həvəsləndirdi. Mənə güvəndi, bacarığımı görüb bu teatra aktyor truppasına götürdü. Söz verirəm ki, işimin öhdəsindən layiqincə gələ biləcəm”.

Paylaş: