“Torpaqlarımızın işğaldan azad olunması hamımızın ürəyinin içindədir...”
Tarix: 3-05-2019, 08:42



“Arzum oğlumun toyunu görməkdir”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova doğum günündən danışarkən deyib. G.Məmmədova bildirib ki, arzularının ən böyüyü isə Qarabağın işğaldan azad olunmasıdır:

“Doğum günümü ailəmlə keçirdim. Arzum odur ki, övlad toyu görüm, oğlumun toyunu görmək istəyirəm. Bacımın balaları da subaydı, onların da toy gününü görmək istəyirəm. Bir ananın arzusu ancaq bu ola bilər. Qaldı ki, sənətim də ki, Şükür Allaha, öz axarıyla gedir. Desəm ki, Qarabağın işğaldan azad olunmasını arzulayıram deyəcəklər ki, bunu hamı deyib. Amma torpaqlarımızın işğaldan azad olunması hər zaman hamımızın ürəyinin içindədir ki, gedib Şuşamızda böyük bir bayram keçirək. Ən böyük arzumuz elə budur”. 

Qeyd edək ki, xalq artisti Gülyaz Məmmədova 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 

Paylaş: