Zülfiyyə Xanbabayeva "Jara"da çıxış edəcək
Tarix: 2-05-2019, 16:02



Xalq artisti Emin Ağalarov tərəfindən təşkil olunan "Jara" beynəlxalq musiqi festivalında yer alacaq məşhurların bəzilərinin adları açıqlanıb. 
UlduzumSan.Az-ın məlumatına görə, maraqlı məqamlardan biri odur ki, tədbirdə çıxış edəcək azərbaycanlı məşhurlar arasında yalnız Xalq artisti Zülfiyyə Xanbabayevanın adı yer alıb.
Festivalın rəsmi "İnstagram" səhifəsində Xanbabayevanın iyulun 25-də səhnəyə çıxacağı qeyd edilib.
Qeyd edək ki, "Jara" iyulun 25-dən 28-nə kimi keçiriləcək. Festivalda Filipp Kirkorov, Ciqan, Ani Lorak, Valeriya, Timati, Sergey Lazarev kimi məşhurlar çıxış edəcək.

Paylaş: