Ramiz Mirişlinin yubileyi münasibətilə konsert olacaq
Tarix: 2-05-2019, 13:20



Mayın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında mərhum bəstəkar, xalq artisti, bəstəkar Ramiz Mirişlinin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Open.az xəbər verir ki, gecədə bəstəkarın keçdiyi ömür yoluna nəzər salınacaq, sevilən mahnıları müğənnilərin ifasında səsləndiriləcək.
Qeyd edək ki, konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və xalq artisti Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.
Xatırladaq ki, bəstəkar Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub.
2015-ci ildə, doğum günündən bir gün sonra aprelin 17-də dünyasını dəyişib.

Paylaş: