Turan İbrahimovun xanımından sevgi etirafı: "Səni incitsəm də..."
Tarix: 2-05-2019, 12:40



Keçmiş aparıcı Turan İbrahimovun stilist xanımı Nərmin İbrahimova sosial şəbəkədə yeni foto paylaşıb.

BiG.AZ xəbər verir ki, stilistin fotoda həyat yoldaşı Turan da yer alıb. O əl-ələ fotolarına belə şərhv verib:

"Hər zaman yanımda oldun, məni sevdin, anlamağa çalışdın. Sən mənim tək həyat yoldaşım, oğlumun atası deyil, mənim dostum oldun. Səni bəzən incitsəm də, yorsam da əlimi heç bir zaman buraxmadın. Yanımda ürəkdən oldun və məni heç bir zaman yola vermədin. Sənin həyat yoldaşın olduğuma görə çox şanslıyam. Yaxşıki varsan, həyat yoldaşımsan, oğlumun atasısan! Allah hər bir qadını xoşbəxt eləsin".

Paylaş: