Çingizdən iddialı sözlər: ""Eurovision" indiyə qədər belə bir səhnə şousu görməyib"
Tarix: 2-05-2019, 12:16

ÃingizdÉn iddialı sözlÉr:


İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Çingiz Mustafayev Türkiyə mətbuatına açıqlamalar verib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, Azərbaycan və Türkiyə bayrağını "Eurovision" səhnəsində dalğalandırmaq istədiyini söyləyib.
Mustafayev 3 aydır ki, "Eurovision" üçün ciddi hazırlıqlar gördüyünü vurğulayıb: "Xareoqrafiya,vokal və səhnə tam istədiyim kimi oldu. Həyəcanıma məğlub olmasam, öz potensialımı yüz faiz göstərəcəyəm. Türk qardaşlarımızın dəstəyi ilə bu il qalib gəlmiş ölkə Azərbaycan olacaq. Məncə, "Eurovision" indiyə qədər belə bir səhnə şousu görməyib. Türk vətəndaşlarından dəstək gözləyirəm. Onlar dünyanın hər yerindədirlər. Türk dünyasını yarışmada bir tək mən təmsil edəcəyəm. Qalib gəlib, həm Azərbaycan, həm də Türkiyə bayrağını səhnədə dalğalandırmağı çox istəyirəm. Çox həyəcanlıyam, mahnının sonunda "muğam" ifa edəcəyəm. Bu Azərbaycan və türk musiqisini ən azından 300 milyona çatdırmaq çox gözəl bir hiss olacaq".
Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Paylaş: