Aktyor köməkçisini cinsi istismar etdiyi üçün başına bu iş gəldi
Tarix: 1-05-2019, 17:04



Kimi cinsi istismara məruz qaldığını iddia edib, kimisi də pulunu ala bilmədiyini.
Metbuat.az sizə dünyaca məşhur simaların köməkçiləri ilə yaşadığı qalmaqalları təqdim edir:
Lady Gaganın keçmiş köməlçisi Jennifer O’Neill müğənniyə təzminat davası açıb və hər kəsin təəccübünə səbəb olacaq sözlər deyib.
Onun sözlərinə görə, L.Gaga tək yatmağı sevmir və hər zaman köməkçisinin də yanında yatmasını istəyib:
“Səyahətə getdiyimiz zaman belə ayrı otağım olmayıb və mənim fikrimi soruşmayıb. Onunla eyni yataqda yatmaqdan başqa çarəm yox idi”.

Angelina Jolienin keçmiş köməkçisi Ana Charlotiaux aktrisaya 55 min dollarlıq təzminat dava açıb və 2 il ərzində ona icazə vermədiyini iddia edib.
Angelina daha əvvəlki köməkçisini də çox icazə istədiyi üçün işdən uzaqlaşdırıb.

Dünyaca məşhur müğənni Justun Bieberi isə qoruması məhkəməyə verib.
Onun sözlərinə görə hər gün 14-18 saat fasiləsiz çalışıb və müğənni onun pulunu ödəməyib.

Aktyor Steven Seagal da 2 il öncə köməkçisi ilə məhkəməlik olub. Aktyorun köməkçisi 23 yaşlı Kayden Nguyen bildirib ki, S.Seagal onu hər gün cinsi istismar edib.

Britney Spears da qoruması ilə problem yaşayan məşhurlardandır.
Müğənninin qoruması onu məhkəməyə verib və cinsi istismara məruz qaldığını bildirib.

Paylaş: