"Mən bəzi atalar kimi ayrılanda övladlarımı, həyat yoldaşımı çöldə qoymuram"
Tarix: 1-05-2019, 16:09



Prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan boşanmasından danışıb. Lent.az-a açıqlama verən prodüser bildirib ki, hazırda mövzuyla bağlı çox danışmaq istəmir: “Mən bəzi atalar kimi ayrılanda övladlarımı, həyat yoldaşımı çöldə qoymuram. Nə var-dövlətim varsa, hamısını onlara verdim. Məni qınayanlara fikir vermirəm. Anar Mədətovam, bu mövzuyla bağlı çox danışmaq istəmirəm. Nə lazımdırsa, demişəm”.
 
Xatırladaq ki, A. Mədətov xanımı E.Mədətovadan rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. O, Samirə adlı vizajist xanımla ailə qurmaq niyyətindədir. Cütlüyün artıq xınayaxdı mərasimi olub.
 
Qeyd edək ki, Anar Mədətov Azərbaycan milli komandasının və "Qarabağ" futbol komandasının üzvü Mahir Mədətovun atasıdır. M.Mədətov atasının anasından boşanmasına görə, ata soyadından imtina edib. O soyadını “Əmrəli” edib.



Paylaş: