Boşanmadan sevgilisi ilə evlənən Anar Mədətov danışdı
Tarix: 1-05-2019, 12:54



Prodüser Anar Mədətov haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.
AzNews.az xəbər verir ki, o, əvvəl boşanmadan ailə qurması haqqında yazılan xəbərlərdən danışmaq istəməsə də, sonradan "bu mənim şəxsi həyatımdır" - deyə, cavab verib. Bu barədə prodüser ARB TV-də yayımlanan "Show News" verilişində danışıb. O, oğlu futbolçu Mahir Mədətovun atasından imtina edərək anasının familiyasını götürməsinə də münasibət bildirib:
"Mənim ailə işimdir, özüm bilərəm. Buna heç kim qarışa bilməz. Mahir elə bir şey deyə bilməz. Kimsə burada Mahirin adından danışmaq istəyirsə, o, öz-özünü biabır edir. Bu həyatdır, hər şey ola bilər".



Paylaş: