MTRŞ-da yeni vəzifə yaradılacaq
Tarix: 30-04-2019, 15:12



Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.
Bunu “Report”un sorğusuna cavab olaraq Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib. 
O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.
A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.
Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq. 

Paylaş: