Oğurlanan qızıllarına görə polisə müraciət etdi
Tarix: 29-04-2019, 18:08



Aktrisa Çimnaz Sultanova bir müddət əvvəl evindən bütün qızıllarının oğurlandığını bildirmişdi. 

Axşam.az-ın məlumatına görə, aktrisa "Bizimləsən" verilişində deyib ki, polislər artıq rəsmi olaraq axtarışa başlayıb:

"Rəsmi olaraq şikayət ərizəsi yazdım. İş gedir".

Qeyd edək ki, Çimnaz evindən qızılları götürən şəxsin tanınmış biri olduğunu, əmisinin millət vəkili olduğunu açıqlamışdı. O, həmin şəxsin xahişi ilə uzun müddət polisə müraciət etmədiyini söyləmişdi. 

"Demişdi ki, adımı açıqlama, polisə demə, pulunu qaytaracam. Amma qaytarmadı" deyə, Çimnaz bildirib.

Paylaş: