Niderlandlı iştirakçı “Eurovision” yarışmasından qovula bilər
Tarix: 29-04-2019, 16:44



Bu il “Eurovision” mahnı müsabiqəsində Niderlandı “Arcade” mahnısı ilə təmsil edəcək olan Dunkan Laurens yarışmadan diskvalifikasiya oluna bilər.
 
Primetime.az xəbər verir ki, buna iştirakçının sözügedən mahnını 2017-ci ildə ifa edərkən görüntülərinin yayılması səbəb olub. Nəticədə Laurens Avropa Yayım Birliyinin (EBU) müsabiqədə özəl mahnı təqdim etmə qaydasını pozub.
 
Məlumat üçün bildirək ki, “Eurovision” yarışmasında sadəcə müsabiqə üçün yazılan mahnılar səsləndirilməlidir.

Paylaş: