Ceki Çan Qazaxıstanın ilk prezidenti ilə görüşdü
Tarix: 29-04-2019, 13:11



Dünya şöhrətli məşhur aktyor Ceki Çan Qazaxıstanda bədii film çəkəcək.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, Pekində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə görüşən məşhur aktyor, tanınmış siyasətçiyə onun haqqında tammetrajlı film çəkmək arzusunun olduğunu bildirib.
Hələlik filmin süjet xəttinin necə olacağı və çəkilişlərin nə zaman başlanacağı məlum deyil.
Xatırladaq ki, 65 yaşlı Ceki Çan Çin və Hollivudun məşhur aktyorudur.
Ceki Çan kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu kimi tanınır


Ceki Çan Qazaxıstanın ilk prezidenti ilə görüşdü
Ceki Çan Qazaxıstanın ilk prezidenti ilə görüşdü
Ceki Çan Qazaxıstanın ilk prezidenti ilə görüşdü

Paylaş: