Azər Zahidin İnstagram hesabı geri qaytarıldı
Tarix: 30-08-2017, 09:56


Xəbər verdiyimiz kimi, aparıcı Azər Zahidin İnstagram hesabı türk hakerlər tərəfindən ələ keçirilmişdi. Teleaparıcı ötən gün hesabını geri qaytarmağa nail olub. A.Zahid bu işdə ona kömək olan dövlət qurumlarına təşəkkürünü bildirib: "Sağ olsun dövlət qurumları. Buna son qoymaq məndən başladı. İnşalllah ciddi nəzarətə götürərlər. Çünki hər kəsin hesabı şəxsidir". Qeyd edək ki, A.Zahidin bir çox paylaşımları hakerlər tərəfindən silinib.

Paylaş: