Böyük eşq bitdi - Ayrılığın qazananı Serenay oldu
Tarix: 29-04-2019, 12:01

Böyük eşq bitdi - Ayrılığın qazananı Serenay oldu

2015-ci ildən bəri birlikdə olan Türkiyənin məşhur cütlüyü Serenay Sarıkaya və Kerem Bürsin ayrılmaq qərarı verib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, cütlükdən heç biri sözügedən məsələ ilə bağlı açıqlama verməyib.
Lakin ayrılıq xəbərlərindən sonra sosial şəbəkədə qazanan aktrisa Serenay Sarıkaya olub. Aktrisanın 7.6 milyon izləyicisi bir gündə 200 min nəfər artaraq 7.8 milyon nəfərə çatıb.
Kerem Bürsinin isə 2.1 milyon izləyicisi 2 milyona düşüb.

Paylaş: