Məşhur aktrisa yarım milyonluq TƏKLİFƏ “HƏ” DEDİ
Tarix: 30-08-2017, 09:54


Bensu Soral 500 min lirəlik (təxminən 250 min manat) reklam təklifinə razı olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il Serenay Sarıkayanın reklam üzü olduğu marka bu il Bensu Soralla çalışmağa qərar verib. S.Sarıkaya məşhur geyim markasının reklamından 2 milyon TL (təxminən 1 milyon manat) qazanmışdı. Bensu Soral isə reklamdan 500 min lirə qazanacaq.
Markanın bu il Bensu Soralla çalışmasının səbəbi gənclər arasında sevilməsi, instaqramda 2 milyonadan çox abunəçisinin olması və çəkildiyi serialların böyük reytinq gətirməsi olub.
Bensunun tərəf müqabili Kıvanç Tatlıtuğ olacaq. Kıvanç isə cins brendinin reklamına çəkilmək üçün 5 milyon TL (təxminən 2, 5 milyon manat) qonorar əldə edəcək.

Paylaş: