Ölümündən sonra belə ən çox gəlir qazanan ulduz - Maykl Cekson
Tarix: 30-08-2017, 09:44


Pop-kral Maykl Ceksonun anadan olmasının 59-cu ili tamam oldu.
AzNews.az xəbər verir ki, əfsanəvi ifaçı 1958-ci ildə ABŞ-ın İndiana ştatında Gary şəhərində dünyaya gəlib. 50 yaşında dünyasını dəyişən ulduz ölümündən sonra belə inanılmaz uğur qazanmağa davam edir.
Forbes jurnalının 2016-cı ildə açıqladığı siyahıya əsasən, Mayklın ölümündən sonrakı varidatı 825 milyon dollara qalxıb.
Jurnalın məlumatına görə, bu gəlirin 750 milyon dolları musiqi kataloqunda Maykla aid olan müəllif hüquqlarının həcminə aiddir.
Sony ATV Music Publishing şirkətindəki 50% səhm də Ceksona məxsusdur.

Paylaş: