Afət Fərmanqızını hədələdilər — "Səni məhkəməyə verəcəm"
Tarix: 27-04-2019, 14:01



İranın məşhur müğənnisi Ali Pohmehrin Afət Fərmanqızı ilə mübahisə etdiyi videosu yayılıb.

Videoçarx İnstagram səhifələrinin birində paylaşılıb.

Görüntüdə iranlı ifaçı onun mahnılarını icazəsiz oxuduğu üçün Afəti məhkəməyə verəcəyini bildirib. Fərmanqızı isə öz növbəsində onun haqlı olmadığını isbat etmək istəyib.

Ali Pohmehrin ona yalnız bir mahnısını ifa etməyə icazə verdiyini söyləsə də, Afət bunun əksini sübut etməyə çalışıb.
Həmin videoçarxı təqdim edirik.

mənbə: olke.az



Paylaş: