Aktrisa Mehriban Xanlarova qəzaya düşüb
Tarix: 27-04-2019, 08:28



Aktrisa Mehriban Xanlarovanın düşdüyü yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
ONA-nın verdiyi xəbərə görə, yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər - aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.
Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.
***
Saat 21:37
Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
ONA-nın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.
Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Avtoqəzanın təfərrüatları araşdırılır.

Paylaş: