Xoşqədəm haqqında status yazdı, efirə çağırıldı
Tarix: 26-04-2019, 16:44



Xəzər televizyasında yayımlanan və "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı canlı yayımda maraqlı açıqlamalar edib. 

BiG.AZ xəbər verir ki, Xoşqədəm Hidayətqızı bildirib ki, dünən məni tənqid edənlərin hər birini bu gün verlişə dəvət etmişəm:

"Görürəm hələ ki heç kim gəlməyib. Yaxşı "Səni axtarıram" verlişini tənqid edənlər kimlərdir. 10 il sonra məni tənqid edənlərlə üzbəüz gəlmək istədim gəlmədi. Amma yoxsunuz. Saleh Nəsirovu dəvət etmişəm. O gəlib mənə aprelin 4-ü yazdığı statusu mənə əsaslandırmalıdır". 

Qeyd edək ki, Saleh Nəsirov Xoşqədəm Hidayətqızının çağırışına cavab verərək verlişə gəlib.

Paylaş: