Röya yenə də Türkiyəni seçdi
Tarix: 26-04-2019, 09:00



Xəbər verdiyimiz  kimi, əməkdar artist Röya Ayxan yeni klip çəkdirmək üçün Türkiyəyə yollanıb.
 
UlduzumSan.Az xəbər verir ki,  sənətçi “Unutmaq lazım”ını türk rejissorları tərəfindən ekranlaşdırıb.  Türkiyənin məşhur müğənnilərindən bir çoxu ilə, Demet Akalınla, Ezo, Nil Özalp və digərləri ilə çalışan rejissor Müjdat Küpşi Röyanın klipinə də ekran həyatı verib. Ekran işində Röyanın stili üzərində isə Bener Hamamcı çalışıb. Əməkdar artistinin saç və makiyajı üzərində məşhur stilist Elnur Həsənov çalışıb. 

Qeyd edək ki, M.Küpşi ilə əməkdar artistin bundan öncə də işbirliyi olub. Belə ki, sözügedən rejissor  R.Ayxanın “ Sənə ehyitacım var”, "Mən sənsiz" və "Xəyanət" mahnısına ekran həyatı verib.





Paylaş: