Məşhur aktrisadan uşaqlarına telefon qadağası
Tarix: 25-04-2019, 18:22



Dünyaca məşhur aktrisa Nikol Kidman uşaqlarına mobil telefondan istifadə etməyi qadağan edib.
 
Primetime.az xəbər verir ki, bu barədə o özü məlumat verib. Belə ki, Kidman açıqlamasında “övladlarımın telefonu yoxdur. “Instagram”dan isə istifadəyə icazə vermirəm. İstəyirəm ki, onların müəyyən sərhədi olsun” deyib.
 
Qeyd edək ki, aktrisanın İsabella Ceyn və Konr adlı iki övladı var.

Paylaş: