“Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız...” – Renka
Tarix: 25-04-2019, 16:31



“Yeni veriliş hazırlıqlarına başlamışam. 9 ölkədə yayımlanacaq. Başım ona qarışıb. Bundan başqa yoqa ilə məşğul oluram. Həyatım tamamilə dəyişib, depressiyadan çıxmışam, özümü xoşbəxt hiss edirəm”.
Bu sözləri rəqqasə Renka musavat.com-a açıqlamasında deyib.
O, uşaqlarına az zaman ayırmaqda onu ittiham edənlərə də cavab verib: “Bütün günü uşaqlarımın yanında olsam da, onlar üçün darıxıram. İşdə olanda ürəyim partlayır. Evə gələn kimi qucaqlayıb öpürəm. Onlar yuxuda olsa da, başlarının üstə dayanıb onları əzizləyirəm. Bəzən də həmin anları videoya çəkib paylaşıram. Bəziləri yazır ki, sən necə anasan? Bütün günü işdəsən, uşaqlarına vaxt ayırmırsan. Amma elə deyil, mənim gecə həyatım yoxdur. İşdən çıxan kimi uşaqlarımın yanına qaçıram. Onlarla vaxt keçirməyi sevirəm”.
Rəqqasə intiharların sayının artmasının onu narahat etdiyini də dilə gətirib: “İnsanlar çarəsizlikdən intihara əl atır. Xüsusilə uşaqların, yeniyetmələrin intihar etməsi məni kədərləndirir. İndi daha diqqətliyəm uşaqlarıma qarşı, hər addımlarını izləyirəm. Oğlumun 13 yaşı var, yeniyetməlik dövrü başlayıb. O gün bacımla hərəmiz bir maşında məktəbin qarşısına getdik, oğlumu güdməyə başladıq. Uşaqdır da, bilməz başına nə isə gələr, aldadarlar. Zəmanə pis olub. Valideyn olaraq bizim işimiz də onları qorumaqdır”.
Renka efirlərdə məşhurların təhqiramiz ifadələr istifadə etməsinə də aydınlıq gətirirb: “Burada şişirdiləsi heç nə yoxdur. İnsandır ağzından pis söz çıxır. Heç kim istəməz ki, biabır olsun. Elə dünya ulduzları var ki, efirdə ağzına gələni dəyir. Elə aparıcılar var ki, hadisəyə söyüşlə reaksiya verir. Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız, şok düşərsiniz. Bu cür hadisələr dünya praktikasında çox olub. Ona görə bizimkiləri incitməyə dəyməz”.

Musavat.com,






Paylaş: