"Mən yazdığınız kimi kobud ifadə işlədəcək insan..." - Əməkdar artist əsəbləşdi
Tarix: 25-04-2019, 14:58



Əməkdar artist Nailə İslamzadə "21 sual” “Youtube” layihəsinin qonağı olub.
Open.az xəbər verir ki, məşhur diktorun sözügedən müsahibəsi ötən gün bir sıra xəbər portallarında dərc olunub.
Diktor müsahibəsi zamanı səsləndiryi fikrin təhrif olunaraq, başlığa çıxarılmasına əsəbiləşib: "Nail Naiboğluna hörmətim var. Ziyalı, danışığını bilən, səmimi bir insandı. Müsahibə götürdü, öz "Youtube" kanalında yerləşdirdi. Ondan sonra isə azı 15-20 sayt müsahibəyə istədikləri başlığı qoyaraq, bəzi sözlərimi təhrif edərək dərc ediblər. Başlıqlardan birinə diqqət edin: “Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar”. Axı mən arvadı sözünü işlətməmişəm. Nail bu barədə sual verdi, mən də cavab verdim ki, bəli, soyadlarımız uyğun olduğu üçün, bir zamanlar elə bilirdilər ki, Akif bəyin həyat yoldaşıyam. Hörmətli jurrnalist həmkarlarım, artıq dərəcədə xahiş edirəm, diqqət edin, mən başlıqda yazdığınız kimi kobud ifadə işlədəcək insan deyiləm. Sənətinizə, qələminizə hörmət edin lütfən".

Paylaş: