Fatimə kürəkəninə görə bunu etməyəcək - QƏRAR VERDİ
Tarix: 25-04-2019, 13:01



Rəqqasə Fatimə Fətəliyeva bundan sonra efirlərdə hind rəqsi oynamayacaq. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Ən yaxşısı" verilişində deyib. O bildirib ki, buna səbəb artıq qayınana olmasıdır. Fatimə bundan sonra ağır rəqslər nümayiş etdirəcək:

"Efirlərdə yox, xınalarda hə. Mənim kimi qayınanaya ağır rəqs yaraşacaq. Hamı özü başa düşsün. Hind rəqsi çılğındır. Ona görə də olmaz".

Qeyd edək ki, Fatimə bir müddət əvvəl qızı Aydanı nişanlayıb. Yaxın aylarda rəqqasənin övladının toyu olacaq. 

Paylaş: