Xəstəliklə çarpışan Ramiz Əzizbəyli: “Həkimlər deyir ki…”
Tarix: 25-04-2019, 12:21



Xalq artist, tanınmış aktyor Ramiz Əzizbəyli hələ də yataqdan qalxa bilmir.
Bunu Yenicag.az-a açıqlamasında aktyor özü deyib:
“Ayağım sağalmayıb, həkimlər deyir ki, altı aya sağalacaq. Hələ iki ay da gözləməliyəm. Ayda iki dəfə həkimlər gəlib, evdə müayinə edirlər. Çox çətindir. Dostlar, sənət yoldaşlarım zəng edib, hal-əhval tutur. Amma yenə də darıxıram. Xəstəlik məni lap əldən salıb. Vaxtımı keçirmək üçün kitab oxuyuram. Azad Şükürovun sənətkarlar haqqında yazdığı bir kitabı oxumağa başlamışam”.

Paylaş: