“Oğlunu 60 gündür ki, görmür”
Tarix: 29-08-2017, 12:33


Derya Çavuşoğlu ötən il boşandığı aktyor əri Bekir Aksoy barədə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, həyat yoldaşının iki aydır ki, oğluna baş çəkmədiyini bildirib. 
Derya 3 yaşlı oğlu Emirin atası üçün darıxdığını söyləyib:
“Emir atasını görmək istəyir. Mənə deyir ki, atam məni sevmir? Ancaq Bekir nə oğlunu axtarır, nə də zəng vurur. 60 gündür ki, onunla görüşmür”. 
Qeyd edək  ki, Bekir Aksoy instaqramda tez-tez oğlunun fotosunu izləyiciləri ilə bölüşür, paylaşıma şeirlərlə şərh yazır. 







Paylaş: