"Kinoya çəkilərək əsl teatr aktyoru kimi qalan" sənətkar dünyasını dəyişib
Tarix: 25-04-2019, 10:18



Fransanın məşhur komediya aktyoru, sənət həyatında 100-dən çox filmdə maraqlı obrazlar ifa edən Jan-Pyer Mariel 87yaşında vəfat edib.
Open.az xəbər verir ki, bu barədə məlumatı xarici xəbər agentlikləri yayıb.
Jan-Pyer Mariel özünü "kinoya çəkilərək əsl teatr aktyoru qalan" adam hesab edib. Çoxsaylı filmlərə çəkilsədə, özünü teatr aktyoru sayıb və hər zaman teatrı kinodan daha çox sevdiyini bildirib.
Uzun sürən ağır xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişən aktyor yeddi dəfə "Sezar" mükafatının nominantı olub.
2007-ci ildə Fəxri Legion Ordeni ilə təltif olunub.
Fransanın ən məşhur aktyorları ilə tərəf müqabili olan Jan-Pyer Mariel tamaşaçılara "Oskar" filmində ifa etdiyi obrazla tanışdır.

Paylaş: