"Çox sağ olsun ki, Mehriban xanım Əliyeva həm əməliyyatıma kömək etdi, həm də..."
Tarix: 25-04-2019, 09:03



“Səhhətimdəki problemlərə görə Nəsimi həftəsiylə bağlı rayona gedə bilmədim”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Yeddinci Televiziya Muğam Müsabiqəsinin münsiflər heyətinin üzvü Arif Babayev müsabiqə haqqında danışarkən deyib. Xalq artisti bildirib ki, müsabiqədə istedadlı gənclər var və onların ifası muğamın inkifaşına dəstəkdir:

“Nəsimi həftəsiylə bağlı müsabiqənin bölgələrdə keçirilən verilişlərinə gedə bilmədim. Əməliyyat olunandan sonra özümü soyuqdan gözləyirəm. İnşallah Bakıda keçirilən çıxışlarda iştirak edəcəm. Müsabiqədə istedadlı gənclərimiz var və hər il bir-iki ifaçımız üzə çıxsa, muğamımızın inkişafına müsbət təsir göstərər. Mənsum İbrahimovun, Təyyar Bayramovun, Səkinə İsmayılovanın müsabiqədə istedadlı tələbələri iştirak edir. Çox sağ olsun ki, Mehriban xanım Əliyeva həm əməliyyatıma kömək etdi, həm də neçə ildir ki, muğam müsabiqələrinin inkişafına dəstək olur”.

Paylaş: