Ermənistan “Eurovision”da Azərbaycana səs vermək istəyir
Tarix: 24-04-2019, 16:00



Ermənistan bu il Təl-Əvivdə keçirilən “Eurovision” mahnı müsabiqəsində Azərbaycana səs vermək niyyətindədir.  “Qafqazinfo” xəbər verir ki, bu barədə “İrates.am” saytı məlumat yayıb.  
Sayt iddia edib ki, bu təşəbbüs Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən görüşlərdən sonra müzakirə olunan sülh-humanitar proqramları çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda, mayın 16-da çıxış edəcək. 

Paylaş: